MGO və MDF Sinəlik – Yeni nəsil mətbəx divar panelləri
MDF 8 mm – HPL (High Pressure Laminate) üzlü
MGO Board 6–8 mm HPL (High Pressure Laminate) – Membran örtüklü
MGO Board suya, yanğına və temperatur fərqlərinə qarşı tam davamlıdır, həmçinin antibakterialdır, ləkəyə saxlamır, nəm və kif, habelə həşəratlara qarşı qoruyucu xüsusiyyətlərə malikdir. Membran örtüyü həm estetik görünüş, həm də əlavə qoruyucu qat təmin edir. HPL isə yüksək mexaniki möhkəmlik və estetik dekor variantları ilə mətbəx dizaynını zənginləşdirir, lakin yanğına və suya tam davamlılıq təmin etmir.
Əsas üstünlüklər
- MGO Board: 100% suya və buxara davamlıdır
- MGO Board: Tam yanğına davamlıdır
- MGO Board: Antibakterial, ləkəyə saxlamır, kif və həşəratlara qarşı qoruyucudır
- Antibakterial və gigiyenik səth
- Ləkə saxlamır, asan təmizlənir
- Yağ, turşu və məişət kimyəvi maddələrinə qarşı davamlıdır
- Zərbəyə və gündəlik istifadəyə uyğun möhkəm struktur
- Temperatur fərqlərinə qarşı yüksək davamlılıq (yalnız MGO Board)
Material və texniki xüsusiyyətlər
- HPL üzlü, cızıqlara və reng solmalarına dayanıqlı, müxtəlif rəng və teksturalarda mövcuddur
- Membran örtüklü, suya tam, alova və istilik fərqlərinə qarşı davamlı, kifə, həşəratlara qarşı qoruyucu
- Müasir görünüş
- Asan kəsilir, ölçüyə uyğunlaşdırılır və tez quraşdırılır
Keyfiyyətə nəzarət və istehsal standartları
- Sinəliklərimiz ixtisaslaşdırılmış laboratoriyalarda test olunur və istehsal boyunca daimi nəzarət olunur:
- Yanğına davamlılıq (yalnız MGO Board, HPL )
- Su hopdurmama (yalnız MGO Board, HPL )
- Mexaniki möhkəmlik
- İstilik dəyişmələrinə qarşı dayanıqlıq (yalnız MGO Board)
- Membran qatının yapışma keyfiyyəti
- Uzunömürlü istifadə
Ekoloji təhlükəsizlik və zəmanət
MGO Board ekoloji baxımdan təhlükəsiz, asbest və formaldehid tərkibli deyil. MDF HPL isə təhlükəsiz laminat üzlü materialdır.